"Zirə" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu bir müddətdi baxışda olan Alie Sesayla münasibətləri rəsmiləşdirib. Bu gün 25 yaşlı müdafiəçi ilə 1,5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Alie Sesay 2 avqust 1994-cü ildə İngiltərənin London şəhərində doğulub. O, futbolun sirrlərini "Arsenal" və "Lester"də öyrənib. 2013-cü ildə "Lester"in əsas komandasına yüksələn müdafiəçi 2014 və 2015-ci illərdə "Kolçester"ə icarəyə verilb. Daha sonra isə ardıcıl olaraq İngiltərənin "Barnet", İsveçin "Frey" və Yunanıstanın "Kissamikos" klublarında top qovub. Alie Sesayın son klubu Bolqarıstan "Arda"sı olub.
"Zirə"nin yeni transferi 2014-cü ildən Sierra Leone millisinə dəvət alır. O, yığmada 5 oyun keçirib.
Fanat.Az