"Neftçi"nin sabiq futbolçusu İqnasio Erreranın yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 33 yaşlı hücumçu Ekvadorun "Muşuk Runa" klubuna keçib. Çilili oyunçu son olaraq ölkəsində "Palestino"nun şərəfini qoruyub.
Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından 2018-ci ilin iyununadək "Neftçi"nin formasını geyinib. Bu müddətdə 48 rəsmi oyuna çıxan futbolçu 12 qol vurub.
Fanat.Az