İspaniya Sequndasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Eddinin komandası "Fuenlabrada”nı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Son turlarda cəzalı olduğu üçün oynamayan milli futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 64-cü dəqiqədə sarı vərəqə alıb.
Hazırda 28 xalı olan "Albasete” turnir cədvəlində 22 iştirakçı arasında 15-ci yerdədi.
Fanat.Az