Polşa və Azərbaycan yığmaları yoldaşlıq oyunu keçirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Polşalılar gələn ay Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçirəcək. Bu müddətdə yeni baş məşqçi Adam Navalka yetirmələrini iki oyunda sınayacaq. Yanvarın 18-də Norveçlə qarşılaşacaq Polşanın iki gün sonra millimizlə üz-üzə gələcəyi iddia olunur.
Lakin bu oyun baş tutmaya bilər. Belə ki, adətən millimiz fevral ayında Dubaya üz tutur. Üstəlik AFFA-nın 20 yanvar faciəsi günü yoldaşlıq oyuna razılıq verəcəyi inandırıcı deyil.
Fanat.az