22:00 15.01.2020 1952

Elxan Məmmədov Nazim Süleymanovu təngə gətirib : "Ölkə başçısına müraciət edəcəyik"

2019-cu il noyabrın 11-də AFFA prezidenti Rövnəq Abdullayevə rəsmi məktub ünvanlayan AFFA Həmkarlar İttifaqının sədri Nazim Süleymanovun müraciətinə cavab verilib.


Məktubda federasiya rəhbərinə baş katib Elxan Məmmədovun veteranları üz-üzə qoymasının qarşısının alınması və onun AFFA Həmkarlar İttifaqının fəaliyyəti üçün lazım olan şəraiti yaratması xahiş olunsa da, veteran futbolçu müsbət cavab almayıb.


Fanat.Az xəbər verir ki, bu barədə "Sportinfo.az" saytına danışan Süleymanov öncə cavab barədə qısa açıqlama verib:


"Cavab gəldi, bizim təşkilatı yenə də tanımaq, qəbul etmək istəmirlər. Məktubda verilən cavaba görə, bizim AFFA-ya heç bir aidiyyatımız yoxdur. Qeyd olunub ki, sənədləri gətirin, baxarıq, lazım olarsa - hər şey qaydasında olarsa, İcraiyyə Komitəsinin iclasına çıxararıq. Belə-belə sözlərlə bizi qəbul etmədiklərini bildiriblər. Biz lazım olan sənədləri nəyə görə AFFA-ya verməliyik ki?.. Qeydiyyatdan keçməyimiz üçün bizə aidiyyatı olan 2 qurum var - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ədliyyə Nazirliyi. Biz də sənədləri Həmkarlar İttifaqlarının Konfederasiyasına təqdim etmişik. Amma çox təəssüf ki, onlar da cavab vermək istəmirlər. Onlardan soruşduq ki, vəziyyət nə yerdədir, necə olacaq? Reaksiyalarından belə çıxdı ki, istəsələr cavab verəcəklər, istəməsələr, yox".


AFFA Həmkarlar İttifaqının sədri ölkə başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşdıqlarını bildirib:"Bizim yaxın günlərdə toplantımız olacaq, jurnalistləri də dəvət edəcəyik. Məktubu hazırlayıb müzakirə edəcəyik, sonra imzalayıb cənab prezidentə göndərəcəyik".


Veteran futbolçu yanvarın 28-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransı və İcraiyyə Komitəsinin bir neçə gün əvvəl qəbul etdiyi qərarlar barədə fikirlərini də bölüşüb: "Yəqin ki, hesabat verəcəklər. Son 2 ayda iki dəfə toplaşıb qərarlar veriblər, AFFA Nizamnaməsində dəyişikliklər ediblər. Vitse-prezident sayının artırılmasına gəlincə, məncə, AFFA rəhbərliyi kəmiyyət yox, keyfiyyətə üstünlük verməlidir. İcraiyyə Komitəsində təmsil olunan hər bir veteran Azərbaycan futbolunun problemlərini qabartmalı, onların həllinə nail olmalıdır. İcraiyyə Komitəsinin üzvləri indiyə qədər nə iş görüblər ki, bundan sonra da nəsə etsinlər...Yeni yaradılmış icraçı vitse-prezident postunda kimin əyləşəcəyini və hansı işləri görəcəyi barədə indidən nəsə demək çətindir. Bu barədə ancaq zamanla danışmaq olar. İcraiyyə Komitəsinin çıxardığı bütün qərarlar Azərbaycan futbolunun xeyrinə olmalıdır. Bizim başqa istəyimiz yoxdur. Düzgün qərarlar verilsin, Bakı çempionatından çıxıb Azərbaycan çempionatına keçək, ardından isə Avropa-dünya futboluna qoşulaq".

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X