"Fənərbaxça"nın idman direktoru Damien Komolli istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı mütəxəssisin istefa verməsinin səbəbi açıqlanmayıb.
Onun klubdan ayrılması ilə bağlı açıqlanan xəbərdə deyilir: "12 iyun, 2018-ci ildə "Fənərbaxça"da idman direktoru vəzifəsinə başlayan cənab Damien Komolli bu gün istefa verib. Vəzifədə olduğu müddətdə gördüyü işlər üçün ona təşəkkür edir və gələcək karyerasında uğurlar diləyirik".
Fanat.Az