AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti Polşa Futbol Federasiyasından Azərbaycan yığması ilə yanvarın 20-də yoldaşlıq oyunu keçirmək barədə müraciət almadıqlarını açıqlayıb. Fanat.az xəbər verir ki, bir qədər əvvəl Polşa KİV-i 2014-cü ildə komandalarının ilk rəqibinin Azərbaycan yığması olacağı haqda məlumat yaymışdı. Görüşün isə BƏƏ-də keçiriləcəyi bildirilmişdi.
Fanat.az