"Zirə" bu gün Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "qartallar" Rumıniyanın "Sepsi" klubu ilə qarşılaşıb
Bakı vaxtı ilə 16:30-da start götürən matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qəsəbə təmsilçisinin qollarına 5 dəqiqəyə dubl edən Riçard Qadze imza atıb. Maraqlıdır ki, bu Azərbaycan təmsilçilərinin builki Türkiyə toplanışı çərçivəsində ilk qələbəsi olub.
"Zirə" ilk yoxlama görüşündə Türkiyə təmsilçisi "Ümraniyəspor"a 0:3 hesabı ilə yenilmişdi.
Fanat.Az