"Vulverhempton"un ötən yay "Eştoril"dən transfer etdiyi Renat Dadaşovun keçidi üçün ödədiyi təzminat məbləği müəyyənləşib.
Azərbaycan millisinin üzvünün transferi "canavarlar"a 1,5 milyon funt-sterlinqə (təqribən 3,3 milyon manat) başa gəlib.
Premyer Liqa təmsilçisi Renatı transfer etdikdən sonra Portuqaliyanın "Pakuş de Ferreyra" klubuna icarəyə vermişdi. 20 yaşlı forvard qış fasiləsində ingilis klubuna qayıdıb. "Vulverhempton" Dadaşovu yenidən icarəyə vermək üçün klub axtarır. (Sportinfo.az)
Fanat.Az