Antalyada təlim-məşq toplanışında olan "Keşlə” bu gün ilk yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Tərlan Əhmədovun komandası Almaniyanın III Bundesliqa təmsilçisi "Zviçkau” klubu ilə üz-üzə gəlib. Bakı vaxtilə saat 17:00-da başlayan matçda "Keşlə" bu oyunda böyük hesabla yenilib - 1:4. Bakı komandasının qoluna Lorenzo Frutos imza atıb.
Qeyd edək ki, "Keşlə" yanvarın 22-də Rusiyanın "Arsenal”, 24-də isə Slovakiyanın "Zemplin” klubları ilə qarşılaşacaq.
Fanat.Az