19:41 05.12.2013 774

Elçin Cəlilovdan Tuyqun Nadirova cavab

"Bu məsələ ilə 25 günə yaxındı ki, məşğulam. Bütün ictimaiyyət, oxucularımız da şahiddi ki, futbolpress.az saytını işlədə bilmirəm. Vəziyyət kritikdi". Fanat.az xəbər verir ki, bu sözləri futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun fikirlərinə münasibət bildirərkən səsləndirib.

Cəlilov vitse-prezidentin Sadıq Sadıqova zəng etdiyini bildirib: "Vəziyət o qədər çətinləşib ki, mən işçilərimdən ayrılmağa məcbur qalmışam. Bu məsələ bizim saytımızda gedən Rövnəq Abdullayevlə bağlı şarj-videodan sonra başlandı. Tuyqun Nadirov "Neftçi"nin prezidenti Sadıq Sadıqova zəng edərək bildirib ki, onlar saytında görürsünüz Rövnəq Abdullayev haqqında necə süjetlər gedir? Biz onların reklamını kəsmişik. Siz də kəsin. Daha sonra bu barədə mənə "Neftçi"nin vitse-prezidenti və mətbuat xidmətinin rəhbəri məlumat verdi. Hətta Tuyqun Nadirov iddia edib ki, guya mən bir jurnalist kimi "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovla gizli işlər çevirirəm. Guya Süleymanov klubdan qeyri-qanuni pul mənimsəyir və o pullardan mənə də verir. Tuyqun Nadirov mənim "Neftçi"nin, Rövnəq Abdullayevin əleyhinə işlər çevirdiyimi və o, buna biganə qala bilmədiyi üçün bu yola əl atdığını Sadıq Sadıqova bildirib. Buna səbəb bizim saytla "Xəzər Lənkəran" arasında reklam müqaviləsinin kəsilməsi olub. O həmişə bunu öz adına çıxır, ancaq reklam müqaviləsi mənim istəyimlə pozulub. Telefon danışıqları da var açsın qoysun ortalığa". 

Futbolpress.az-ın baş redaktoru Tuyqun Nadirovun bu barədə Elxan Məmmədovla danışdığını da bildirib: "O, hətta Sadıq Sadıqovla da kifayətlənməyib. AFFA-nın baş katibi Elxan Məmmədova da zəng edərək bildirib ki, "mən Sadıq Sadıqova demişəm ki, o sayt Rövnəq müəllim haqqında ağzına gələni yazır. Amma siz ona reklam verməyə davam edirsiz". Elxan Məmmədov isə bildirib ki, "mən bu barədə Rövnəq Abdullayevə heç nə deyə bilmərəm. Hansısa saytla probleminiz varsa, özünüz həll edin". Bunların hamısı faktdı, dəqiqləşdirilimiş fikirlərdi onu da deyim. O daha sonra yenə "Neftçi" klubunun prezidentinə zəng edərək deyib ki, məsələ ciddidi, reklamı kəsməlisiz. Bu barədə mənə "Neftçi" klubundan məlumat daxil olanda onlara bildirdim ki, üzləşməyə hazıram. Tuyqun Nadirov da gəlsin mən də siz də oturaq məsələni aydınlaşdıraq. Mən hətta bu barədə saytımızda yazı da yazdım. Və bu saytda gedən son yazı oldu. 10 günə yaxındı ki, sayt fəaliyyətini dayandırıb. Və bu adam artıq qaçır. Gördü ki, Elçin Cəlilov məsələnin dərinliyinə gedir ona görə qaçır. Ona çoxsayılı zənglər olunur "Neftçi" klubu tərəfindən. O ya zənglərə cavab vermir, ya da müxtəlif bəhanələrlər görüşdən qaçır. Tahir Süleymanov mənə bildirib ki, bu məsələ həm onun, həm də klub prezidenti Sadıq Sadıqovun nəzarətindədi. Lakin o, qaçmağa və söhbətdən yayınmağa davam edir. Bu gün saytınıza verdiyi açıqlamanı da oxudum. O, "dalana dirənib". Mən bu açıqlamadan sonra "Neftçi" klubuyla əlaqə yaratdım dedim ki, Tuyqun Nadirov belə bir açıqlama verib. Gedin oxuyun axı o, hər şeyi təkzib edir. "Neftçi" tərəfi isə onun zənglərini göstərməyə və ictimailəşdirməyə hazır olduqlarını dedilər. Mən onlara təşəkkür edirəm. Tuyqun Nadirov elə bilir onlar mənim saytıma reklam verirlər. Lakin 3 aydı ki, yeni reklam müqaviləsi "Neftçi" və futbolpress.az arasında imzalanmayıb. Bu məsələnin dərinliyinə gedib aydınlaşdırmayınca və ən nəhayət bu məsələ həll olunmasa, yeni müqavilə imzalanamayacaq. Mənim prinsipiallığımı Tuyqun Nadirov da, Mais Mənsimov da yaxşı bilir. Mən onlarla da müqaviləmi başqa bir məsləyə görə pozmuşdum. Saytın imicini qorumaq məqsədilə. "Neftçi" rəhbərliyi Tuyqun Nadirovla üzləşməyə hazır olduğunu bildirib. Mən bu gün ona zəng də etmişəm mesaj da yazmışam ki, niyə ortaya çıxmırsan? Qarşı təfər hər şeyi sübut etməyə hazırdı. Əslində sən bir çox şeyi sübut etməlisən". 

Baş redaktor başçılıq etdiyi saytın fəaliyyətinin təhlükədə olduğunu bildirib: "Bu məsələ həll olunmasa saytımızın fəaliyyətinə böyük təhlükə yaranacaq. Son olaraq mən klubun prezidenti Mais Mənsimova və klubun fəxri prezidenti Mübariz Mənsimova səslənirəm. Bu məsələylə maraqlansınlar. Bu adam bir ildən çoxdu ki, bizə hücum edir. Bu səbəbdən bir çox əməkdaşımla yolları ayırmışam. Onlar maddi çətinliyə görə, saytdan ayrılıblar. Mən klubun prezidenti Mais Mənsimova, fəxri prezidenti Mübariz Mənsimova burdan müraciət edirəm, Tuyqun Nadirovun bu hərəkətlərindən hansının xəbəri varsa, bu işə reaksiya versnilər. Mən sadəcə üzləşmə istəyirəm. Özümə, haqlı olduğuma güvənirəm və üzləşməyə dəvət edirəm".

korner.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X