13:15 18.01.2020 1720

Azərbaycan millisinin üzvü: "Qrupdakı şanslar bərabərdi"

"Yanvarın 13-dən toplanışdayıq. Özbəkistanla iki yoxlama oyunumuz olacaq. Yanvarın 24-dən 25-nə keçən gecə isə Xorvatiyaya yollanacağıq. İlk oyunumuz meydan sahibi - Xorvatiyaya qarşıdır. İlk oyunda çətin rəqiblə düşməyimizin yaxşı və pis tərəfləri var. Ona görə pisdir ki, ev sahiblərinə qarşı oynayacağıq. Məqsədimiz 1-ci, ya da 2-ci yerlə qrup mərhələsinə adlamaqdır. Yaxşı məşqlər keçmişik, komanda hazırdır. Əlimizdən gələni edəcəyik ki, qrup mərhələsinə vəsiqə qazanaq".

Bu fikirləri Azərbaycan millisinin futzalçısı Rizvan Fərzəliyev dünya çempionatının elit-raund mərhələsinin oyunlarından öncə təşkil olunan brifinqdə deyib.

O, qrupdakı bütün komandaların şanslarını bərabər olduğunu söyləyib. "Hamısı Avropanın öndə gedən komandalarıdır. Hansınısa favorit kimi qeyd etməzdim. Şansları bərabər görürəm. Təcrübə baxımımdan komandamıza güvənirəm. Arxayınam ki, qrup mərhələsinə vəsiqə qazanacağıq".

Təcrübəli oyunçu Rusiya yığmasını favorit hesab etmədiyini vurğulayıb: "Deməzdim ki, Rusiya millisi favoritdir. Yaxın keçmişdə bu komanda ilə turnirlərdə qarşılaşmışıq. Sırf hansısa cəhətdən bizdən üstün olduqlarını deməzdim. Təcrübələri çoxdur, amma biz də onlardan geri qalmırıq. Çalışacağıq qrupda layiqli yerlər uğrunda mübarizə aparaq. İlk oyunda var gücümüzlə oynayacağıq. Xorvatiyanın yaxşı şanslarının olduğunu deyirlər. Həm meydan sahibləridir, həm də yaxşı oyunçuları var. Onlara qalib gəlsək, 2-ci, 3-cü oyunda bizi heç-heçə də qane edə bilər. İlk oyunda Xorvatiya ilə düşməyimiz bu cəhətdən yaxşıdır".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki "Qradsk vrt Arena”da baş tutacaq.(Report.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

Facebookdan bizi izləməyi unutmayın.
X