"Sumqayıt" Türkiyədə növbəti yoxlama oyununu bu gün keçirib.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniyanın "Politexnika” (İaşi) kollektivi ilə qarşılaşıb. Hesabı 12-ci dəqiqədə "Sumqayıt"dan Xəyal Nəcəfov açıv. İkinci yarının əvvəlində rumınlar bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, rəqibin baş məşqçisi "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednikdi.
Xatırladaq ki, "Sumqayıt" ilk matçında Macarıstan "Kaposvar"ına 3:4 hesabıyla uduzub.
Yoxlama oyunu
Sumqayıt (Azərbaycan) - Politexnika (Rumıniya) 1:1
Qol: Xəyal Nəcəfov, 12.
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 14. Elvin Bədəlov, 50. İlqar Qurbanov, 88. Cavid Quliyev, 30. Nəbi Məmmədov, 28. Səbuhi Abdullazadə, 97. Xəyal Nəcəfov, 20. Rüfət Abdullazadə, 70. Mehti Şərifi, 8. Peyman Babayi.
Fanat.Az