Türkiyədə təlim-məşq toplanışında olan "Səbail” bu gün Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi bu dəfə Donetsk "Olimpik”i ilə üz-üzə gəlib. Görüş Ukraynanın Premyer Liqa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in təsəlli qoluna 90-cı dəqiqədə Maykl Essyen imza atıb.
Qeyd edək ki, "Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın "Jetısu” komandasına 0:1 hesabıyla uduzub. "Gəmiçilər” yanvarın 21-də "Voluntari” (Rumıniya), 25-də isə "Korona” (Polşa) klubları ilə də qarşılaşacaq.
Yoxlama oyunu
Səbail (Azərbaycan) - Olimpik (Donetsk, Ukrayna) 1:3
Qol: Maykl Essyen, 90.
Fanat.Az