18:17 18.01.2020 3106

Azərbaycan idmanının tanınmışları seçkidə - Onlar deputat olmaq istəyir

Yanvarın 16-dan 17-nə keçən gecə Növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı rəsmi təbliğat-təşviqat kampaniyasına start verilib. Artıq dünən saat 18:00-dan etibarən isə Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatıb. Seçkiqabağı təşviqatın aparılması prosesi isə 8 fevral saat 08:00-dək davam edəcək.

Təşviqat kampaniyasında Milli Məclisə seçkilərdə iştirak etmək üçün qeydə alınmış şəxslər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları iştirak edə bilərlər. 
 
9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək şəxslər arasında idman sahəsi üzrə tanınanlar da var. Yeni Sabah.az namizədliyi qeydə alınmış həmin şəxslərlə bağlı araşdırma edib:

Cabbarov Güloğlan Məhərrəm oğlu



Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Cabbarov Güloğlan namizədliyini 19 saylı Nərimanov birinci seçki dairəsindən irəli sürüb. G.Cabbarov 2010-2013-cü illərdə illərdə "Neftçi”də hüquq məsləhətçisi və idman direktoru vəzifəsini icra edib. Eyni zamanda 3 dəfə kikboksinqdə Azərbaycan çempionu, bu sahə üzrə 2 dəfə dünya çempionu, 3 dəfə Avropa üçüncüsü, 1 dəfə kunq fu sandada dünya çempionu, 1 dəfə eyni sahə üzrə Azərbaycan çempionu, 1 dəfə boksda Azərbaycan çempionu olub. Onun şüarı isə belədir: "Yolumuz haqq yoludur, ədalət yoludur!”

Xəlilov İlkin Fikrət oğlu



Azərbaycanın tanınmış idman jurnalisti,  "Azad Azərbaycan”  müstəqil tele-radio kompaniyasında redaktor vəzifəsində çalışan İlkin Fikrətoğlu da deputat olmaq istəyənlər sırasındadır. O, 54 saylı Şabran - Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. 

Məmmədyarova Zeynəb Həmid qızı



Azərbaycanın xanım şahmatçısı Zeynəb Məmmədyarova namizədliyini 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürüb. 2009-cu ildən Sumqayıt şəhər bələdiyyəsinin üzvü olan Z.Məmmədyarova 2013-cü ildən bələdiyyə sədrinin müavinidir. Beynəlxalq dərəcəli qrossmeyster 2000-ci ildə 18 yaşadək qızlar arasında dünya birinciliyinin qalibi, 2002-ci ildə 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı, həmin ildə Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, 2003-cü ildə isə 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı olub. 2019 cu ildə Batumi şəhərində keçirilən Komandaların Avropa çempionatında bürünc medala layiq görülüb. Xanım idmançının şüarı isə belədir: "Düzgün seçim edək ki, mat qalmayaq!”

Arpadarai Nigar Cavid qızı



Namizədliyi qeydə alınmış idman sahəsi üzər tanınan şəxslərdən biri də Nigar Arpadaraidir. Formula 1 üzrə Azərbaycan Qran-prisinin tanınmış simalarından olan - Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri N.Arpadarai 29 saylı Səbail seçki dairəsindən namizəddir. Onun şüarı isə belədir: "Səsiniz olacam!”

Əhmədova Jalə Fərhad qızı



Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I vitse-prezidenti Jalə Əhmədova da deputatlığa namizədliyi qeydə alınmış idman nümayəndələri siyahısındadır. Hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin baş hüquqşünası vəzifəsində çalışan J.Əhmədova namizədliyini 59 saylı Salyan seçki dairəsindən irəli sürüb. 

Xatırladaq ki, buraxılan Milli Məclisdə də idman sahəsi üzrə tanınmışlar yer almışdı. Həmin şəxslər bunlardır: Ülvi Quliyev, Novruzəli Aslanov, Ağacan Abiyev, Fərəc Quliyev.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 İyun 2025
17:28

Avropa Liqasında ilk mərhələnin püşkatması baş tutdu

17:09

"Sabah"ın Avropa Liqasındakı rəqibi bilindi

16:43

Çempionlar Liqasının püşkü atıldı

16:24

Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi

16:06

"Sevilya" yeni baş məşqçisinin təyinatını açıqladı

15:48

İnzaqinin yeni iş yeri bilindi - RƏSMİ

15:29

Ronaldunun Trampa göndərdiyi formanın üzərində nə yazılıb?

15:11

"İndi oynadığım futboldan həqiqətən razıyam" - "Çelsi"nin vingeri

14:53

Qarnaço Mançesteri Londona dəyişə bilər

14:34

Aleks De Souzanun yeni iş yeri bilindi - RƏSMİ

14:16

"Mən "Qızıl top"u həmişə ona verərdim" - Serxio Ramos

13:58

Klublararası dünya çempionatı: "Borussiya Dortmund" ilə "İnter" ilk sınağına çıxır

13:39

İngiltərəni Konfrans Liqasında təmsil etmiş məşqçi "İmişli"ni çalışdıra bilər - AÇIQLAMA

13:20

Çempion Ceydon Sançonu istəyir

13:02

35 yaşlı müdafiəçi "Mançester Siti"ni digər İPL klubuna dəyişir

12:44

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

12:26

Beyl İngiltərə klubunun səhmlərini almağa yaxındır

12:08

İdman Arbitraj Məhkəməsi İrlandiya klubunun şikayətini rədd etdi

11:50

AFFA 2 kluba texniki məğlubiyyət verdi

11:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:16

"Sabah"ın mümkün rəqiblərinin sayı dəqiqləşdi - Bu 4 komandadan biri ilə qarşılaşacaq

10:58

"Araz-Naxçıvan" Almaniyadan futbolçu transfer etdi

10:27

Ronaldulu "Əl-Nəsr"də qalmaqal - Baş direktor klubu məhkəmə ilə hədələdi

10:06

Dünya çempionatı: Daha iki cüdoçumuz mübarizəyə qoşulur

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

Klublararası dünya çempionatı: Juninyo oynamadı, komandası qalib gəldi

01:21

"Çelsi" klublararası dünya çempionatına inamlı qələbə ilə başladı

00:40

"Bayern Münhen"in hücumçusu Zaqreb "Dinamo"suna keçdi - RƏSMİ

16 İyun 2025
23:42

"Axmat"ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:06

Paytaxt klubu 37 yaşlı ispanla müqavilə yenilədi

22:07

Bonuççi qadın futbolçunu bu vəziyyətə saldı - VİDEO

21:38

Edin Ceko İtaliya klubu ilə anlaşdı

21:05

"Barselona" Asiya turnesində bu komandalarla qarşılaşacaq

20:41

"Neftçi"də növbəti ayrılıq

20:20

"Qarabağ" beynəlxalq turnirin qalibi oldu

19:50

Mark-Andre ter Ştegen "Qalatasaray"da? - SON DURUM

19:14

Dünya çempionatı: Zelim yarımfinalda uduzdu

18:41

Dovbikin agenti müştərisinin satılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

18:10

Rafael Fiziyev Qurban Qurbanovla görüşdü

17:48

Zelim Tçkayev yarımfinala vəsiqə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X