Bu gün "Qəbələ” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubu ilə üz-üzə gələn "qırmızı-qaralar” (0:3) Rusiya I Divizion təmsilçisi "Çayka” ilə qarşılaşıb. Oyun "Qəbələ"nin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, "Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın "Etar”, 25-də bu ölkənin digər təmsilçisi "Dunav” ilə qarşılaşacaq.
Yoxlama oyunu
Qəbələ (Azərbaycan) - Çayka (Rusiya) 3:0
Qollar: İvitsa Juniç, 14. Rövlan Muradov, 35. Ülvi İsgəndərov, 51.
Qəbələ: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 19. Rövlan Muradov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri.
Fanat.Az