Mövsümün ikinci bölümünə hazırlığı davam etdirən "Qəbələ”nin Türkiyədə keçirəcəyi son sınaq oyunundakı rəqibi dəyişib.
Fanat.Az xəbər verir ki, qəbələlilər Antalyadakı təlim-məşq toplanışındakı 4-cü matçda Rumıniya "Konkordiya”sı ilə üz-üzə gələcək. Matç yanvarın 25-də baş tutacaq.
Həmin gün Bolqarıstanın "Dunav” klubu duel planlaşdırılsa da, rəqib Rumıniyanın 2-ci liqa təmsilçisi olacaq.
Antalyada iki yoxlama matçı keçirən "Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi "Çayka”ya isə eyni hesabla qalib gəlib. Komanda yanvarın 22-də Bolqarıstanın "Etar” klubu ilə oynayacaq.
Fanat.Az