"Tottenhem"in bazar günü keçirilən məşqində qalmaqal yaşanıb.
Fanat.Az xəbər verir ki, İngiltərə kubokunun "Middlsbro" ilə ikinci görüşündə oynamayan London təmsilçisinin 29 yaşlı müdafiəçisi Denni Rouz Premyer Liqanın 23-cü turunda "Uotford"a qarşı oynamadığına görə məşqdə portuqaliyalı mütəxəssisə sərt şəkildə narazılığını bildirib.
Futbolçu Moura səsini qaldırıb, tərəflər mübahisə edib.
Fanat.Az