AFFA-nın baş katibi Elxan Məmmədov Oqtay Abdullayevə "qurşaqdan aşağı zərbə" endirib.
Fanat.Az xəbər verir ki, o, Futbol Veteranları İttifaqının sədrinin federasiyanın İcraiyyə Komitəsinin (İK) üzvlüyünə namizədliyini irəli sürməsinə imkan verməyib.
Belə ki, Abdullayev baş katiblə görüşərək, veteranların onu İK-da görmək istədiyini açıqlayıb. Məmmədov isə artıq 12 nəfərin siyahısının hazırlandığını, ona burada yer olmayacağını bildirib.
AFFA-nın de-fakto rəhbəri Oqtay bəyə yalnız "Turan Tovuz"a vaxt ayırmağı tapşırıb.
Mənbə: Sportinfo.az