Mövsümün qalan bölümünə Antalyada hazırlaşan "Səbail" növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqamızın autsayderi Rumıniyanın yüksək liqa təmsilçisi "Voluntari"ylə görüşüb.
Təmsilçimizin qaldığı "Mirakl" otelinin meydançasında keçriilən görüş bərabərliklə nəticələnib - 2:2. "Səbail" son dəqiqədə yenilgidən qurtulub. Azərbaycan komandasının qollarını 21-ci dəqiqədə Ruslan Hacıyev, 90-cı dəqiqədə Mirsahib Abbasov vurub.
Qeyd edək ki, Bakı komandası daha öncə Antalyada Qazaxıstanın "Jetisu”suna 0:1, ardından Donetsk "Olimpik"inə 1:3 hesabıyla uduzub. Son sınaq matçı isə yanvarın25-də baş tutacaq. Bakılılar "Korona” (Polşa) ilə qarşılaşacaq.
"Səbail”: Aleksandr Rıbka, Adil Nağıyev, Şəhriyar Rəhimov, Elçin Rəhimov, Ürfan Abbasov, Ruslan Hacıyev, Peyman Keyşevars, Maykl Essyen, Rahir Əmqirquliyev (k), Rauf Əliyev, Fəhmin Muradbəyli.
Fanat.Az