Yanvarın 8-dən Antalyada olan "Sabah" təlim-məşq toplanışını başa vurub.
Fanat.Az xəbər verir ki, Masazır təmsilçi Türkiyədə bu gün son yoxlama oyununu keçirib.
Jelko Sopiçin komandası Moskva "Spartak"ının əvəzediciləriilə qarşılaşıb. Qalib müəyyənləşməyən matç məhsuldar heç-heçəylə nəticələnib. Komandaya qayıdan Marko Deviç d"Sabah"a dönüşündə hesabı açsa da, ruslar sonradan 2 top vurub. Gənc Ceyhun Nuriyevin 70-ci dəqiqədə vurduğu top hesaba tarazlıq gətirib - 2:2. Oyundas başqa qol olmayıb.
Sabah Azərbaycana qayıdacaq "Sabah" daha öncə builki Antalya toplanışı çərçivəsində Macarıstanın "Pakş"ına 0:2 hesabıyla uduzub, Rumıniya "Akademika Klinçeni”siylə "quru sülh”ə razılaşıb, Qazaxıstan Kubokunun son qalibi "Kaysar"ı isə məğlubiyyətə uğradıb - 3:1.
"Sabah”: 71. Dmitri Bezruk, 2. Elçin Mustafayev, 5. Kərim Diniyev, 20. Nemət Musayev, 17. Məhəmməd Mirzəbəyov, 99. Abbas Ağazadə, 14. Rəşad Eyubov, 29. Ceyhun Nuriyev, 97. Emil Qasımov, 77. Cavid Tağıyev, 41. Marko Deviç.
Fanat.Az