"Ankaragücü” baş məşqçisi Mustafa Kaplanla yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyə klubunun rəhbərliyi ilə baş məşqçi arasında baş tutan görüşdən sonra tərəflər qarşılıqlı razılıq əsasında vidalaşmağa qərar veriblər.
Mustafa Kaplan ötən mövsümün dövrələrarası fasiləsi zamanı "Ankaragücü”nün baş məşqçisi təyin olunmuş və komandanı elitada saxlamışdı. O, bu mövsümün əvvəlindən isə 9 tur "Gənclərbirliyi”ni çalışdırdıqdan sonra "Ankaragücü”nə baş məşqçi təyin olunmuşdu.
Ankara təmsilçisi bu mövsüm 18 oyuna cəmi 12 xal yığa bilib və turnir cədvəlində 18 iştirakçı arasında 17-ci pillədə mövqe tutub.
Fanat.Az