Azərbaycan millisinin braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda BƏƏ çempionatında ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Riçardın komandası - "Bani Yas” ölkə birinciliyinin 13-cü turu çərçivəsində "Əl-Nəsr”in qonağı olub. Start "11-lik”də yer alan cənubi amerikalı debüt matçında 79 dəqiqə top qovub. Görüş isə qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
Bu qələbə sayəsində xallarının sayını 14-ə yüksəldən "Bani Yas” 9-cu pilləyə qalxıb.
Fanat.Az