Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışında karateçimiz İrina Zaretskaya finala çıxıb.
Ukraynalı legionerimiz norveçli, serbiyalı, çinli və yaponiyalı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.
Onun bu gün finaldakı rəqibi misirli Feryal Abdeləziz olacaq.
Yeri gəlmişkən, onun əri Aleksandr İrinaya sürpriz edib. Zaretskaya Yaponiya telekanallarından birinə müsahibə verdiyi vaxt əri peyda olub və bu, İrinanın kövrəlməsinə səbəb olub.(Sportinfo.az)
Fanat.Az