AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qurumun bu gün keçirilən Konfransında komitəyə seçkilər baş tutub.
İcraiyyə Komitəsinə seçkilərdən sonra burada yer alacaq 13 nəfər müəyyənləşib. Bunadək 11 nəfərdən olan komitənin daha geniş tərkibli ilk heyətində AFFA-nın prezidenti və Konfransın seçdiyi 12 şəxs yer alıb.
Bunlar namizədliyi öncədən verilən nümayəndələrdir. Seçkidən öncə namizəd olanların hamısı Konfrans tərəfindən komitəyə daxil edilib.
İcraiyyə Komitəsinin tarixində ilk dəfə burada qadın üzv də olacaq. Bu, Könül Mehtiyevadı.
Həmçinin Elxan Məmmədov da komitədə yeni üzv olub. Uzun illər AFFA-nın baş katibi olan qurum rəsmisi bundan sonra İcraiyyə Komitəsində də yer alacaq.
K.Mehtiyeva və E.Məmmədova ilə yanaşı, komitədə daha bir yeni ad var. Bu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, güləş üzrə olimpiya çempionu Fərid Mansurovdu. Əvvəlki heyətdən isə yalnız Qurban Qurbanov kənarda qalıb.
İcraiyyə Komitəsinin üzvləri
AFFA prezidenti
Rövnəq Abdullayev
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Zaur Axundov – "Keşlə” FK tərəfindən
2. Rauf Əliyev – "Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov – "Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov – "Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
Rövnəq Abdullayev dördüncü dəfə AFFA prezidenti seçilib.
Fanat.Az xəbər verir ki, seçki AFFA-nın XXVIII növbəti konfransı çərçivəsində təşkil olunub.
Yeganə namizəd olan R.Abdullayev bu vəzifəyə yekdilliklə layiq görülüb.
Qeyd edək ki, Rövnəq Abdullayev AFFA-ya 2008-ci ildən rəhbərlik edir. O, 2012 və 2016-cı illərdə də bu vəzifəyə seçilib.
10.00
Bu gün AFFA-nın növbəti Konfransı və İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Fanat.Az xəbər verir ki, saat 10:00-da start götürəcək Konfrans seçki xarakteri daşıyır. AFFA-nın üzvləri qurumun prezidentini seçəcək.
Bu posta yeganə namizəd AFFA-nın hazırkı rəhbəri Rövnəq Abdullayevdir. O, assosiasiyanın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq namizədliyini irəli sürüb. Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə, 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.
AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçki keçiriləcək. Bura namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunub. Bunlar Regional Futbol Federasiyaları İctimai Birliyindən İsgəndər Cavadov (Qərb Regional Futbol Federasiyası), Kazbek Tuayev (Regional Futbol Federasiyaları İctimai Birliyi), Elxan Məmmədov (Şimal Regional Futbol Federasiyası), Peşəkar Futbol Liqası İctimai Birliyindən Zaur Axundov ("Keşlə”), Rauf Əliyev ("Səbail”), Vaqif Sadıqov ("Sumqayıt”), Elşad Nəsirov ("Neftçi”), Fərid Mansurov (Peşəkar Futbol Liqası), Sahə Futbol Federasiyaları İctimai Birliyindən Firudin Qurbanov (Tələbə Futbol Federasiyası), Mahir Məmmədov (Futzal Federasiyası), İctimai Futbol Təşkilatları İctimai Birliyindən Elmar Məmmədyarovla (Ümumazərbaycan Futbolsevərlər Birliyi) Könül Mehtiyevadır (İctimai Futbol Təşkilatları İctimai Birliyi).
Tədbirdə yeni vəzifənin – icraçı vitse-prezidentin kimliyinə də aydınlıq gələcək. Bu vəzifəyə indiki baş katib Elxan Məmmədov seçilsə, onun əvvəlki postuna təyinat da rəsmiləşəcək.
Konfransın ardından təşkil olunacaq İcraiyyə Komitəsi ilk dəfə 13 nəfərlə və yeni tərkibdə toplaşacaq. İclasın gündəliyində duran əsas məsələ isə Azərbaycan millisinin baş məşqçisi ilə bağlı olacaq.
Fanat.Az