Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu "Baniyas” da növbəti matçına çıxıb. Almeydanın komandası "Ajman”ın qonağı olub və 4:1 hesablı darmadağına sevinib.
Meydana start "11-lik"də çıxan Riçard 76-cı dəqiqədə əvəzlənib.
14 oyuna 17 xal yığan "Baniyas” turnir cədvəlində 14 iştirakçı arasında 9-cudu.
Fanat.Az