10:38 29.01.2020 1212

Azərbaycan futzal millisinin qapıçısı: "Bu proqnozu alt-üst etmək istəyirik"

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına müsahibə verib. 

Fanat.Az həmin müsahibəni təqdim edir:

- İlk dəfə iştirakçısı olduğun dünya çempionatına gedən yol Xorvatiyadan başlamışdı. Eyni məkanda ikinci uğuru qazanmaq üçün komanda hazırdırmı?
- Həmin uğuru təkrarlamaq mümkündür. Amma əvvəlki illərlə müqayisədə vəziyyət bir qədər fərqlidir. Əvvəllər millinin aparıcı üzvləri baza klub hesab edilən "Araz”da cəmləşmişdilər. Onda taktiki tapşırıqlar və standard vəziyyətlər üzərində daha çox işləmək üçün vaxtımız çox olurdu. İndi isə əksər futzalçılar fərqli komandaların heyətində çıxış edirlər. Artıq baş məşqçiyə tapşırıqlarını mənimsətmək bir qədər vaxt aparır. Beş il əvvəl keçirilən oyunlar zamanı da mən millinin heyətində idim. Müqayisə etsək, rəqibin heyətində daha çox dəyişikliyin olduğunu vurğulamalıyam. Demək olar, heyətlərində legioner futzalçı yoxdur. Bu baxımdan, cüzi də olsa üstünlüyümüz var və bundan maksimum istifadə etməliyik.

- Oyunöncəsi son məşqdəki vəziyyət hansısa narahatlığa əsas verdimi?
- Əhval-ruhiyyə yaxşıdır. Hamı Xorvatiya ilə oyuna köklənib. Halbuki Bakıda Özbəkistanla görüşlər zamanı yanaşma belə deyildi. Hər kəs üzərinə düşən məsuliyyəti bilir. Fikrimcə, bu cür nizam-intizam Xorvatiya ilə görüşdə nəticəsini verməlidir.

- Yanvarın 25-dən məşqlər Osiek şəhərində keçirilir. Adaptasiya olmaq baxımından bu qədər zaman kifayət etdimi?
- Əlbəttə, həm zala, həm də yerli vaxta uyğunlaşmışıq. İlk gün yol yorğunluğunu üzərimizdən atdıq. İndi qalır yaradılan şəraitin qarşılığını vermək.

- Xorvatiya ilə oyunda nələrə diqqət yetirməlisiniz?
- Baş məşqçi rəqibi analiz edib, faydalana biləcəyimiz və ehtiyatlı olmalı olduğumuz məqamları bizə çatdırıb. Təbii ki, onların hamısını açıqlamağımız düzgün deyil, amma bəzilərini deyəcəm. Rəqibin müdafiədən hücuma necə çıxmağını və standart vəziyyətlərdən necə istifadə etdiklərini, hansı məqamlarda diqqətli olmağımızı baş məşqçi deyib, videolarda göstərib. Nə zaman pressinq tətbiq etməli olduğumuzu, hansı boşluqlarını xeyrimizə çevirə biləcəyimizi diqqətimizə çatdırıb.

- Rəqib standart vəziyyətləri yerinə yetirən zaman qapıçının da üzərinə böyük iş düşür...
- Onların bu cür vəziyyətlərdən necə istifadə etdiklərini özüm üçün analiz etmişəm. Təbii ki, qapıçının üzərinə böyük yük düşür. Mən də oyun zamanı komanda yoldaşlarımdan mənə necə kömək etməli olduqlarını tələb edəcəm.

- Xorvatiya ilə matçı ən azı pley-off-a vəsiqə baxımından kilid oyun hesab etmək olarmı?
- Məqsədimiz sırf pley-off-a vəsiqə qazanmaq deyil. Vəsiqəni birbaşa qazanmaq üçün gücümüz var və bunu dəyərləndirməliyik. Ancaq hər iki nəticə üçün bu matçı vacib görüş hesab etmək olar. Düzdü, Rusiya kağız üzərində qrupun favoriti, Xorvatiya isə ikinci yerə əsas namizəd kimi göstərilir. Biz isə bu proqnozu alt-üst etmək istəyirik.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

Facebookdan bizi izləməyi unutmayın.
X