10:43 29.01.2020 1537

Türk məşqçini Bakıda kim və necə aldatdı? - MÜSAHİBƏ

2012-2013-cü illərdə Tovuzun "Turan" klubunda forma geyinmiş, Fransada yaşayan türk əsilli keçmiş futbolçu Endər Günlü azərbaycanlı Bəhruz Həsənov adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.  

Hazırda İsveçrədə "Servette" klubunun U-15 komandasında məşqçi işləyən E.Günlü Unikal.org-a müsahibəsində B.Həsənovun onu "Turan"da oynadığı dövrlərdən tanıdığını deyib: 

- Bəhruz Həsənov  sizinlə necə əlaqə qurdu və münasibətləriniznecə idi?  
- Bəhruz Həsənovu çoxdan idi görmürdüm. Sadəcə "instagram"da salam-sağ ol edirdik, şəkillərimizi bəyənirdik.  Əslində o özü mənə demişdi ki, səni "Turan"da oynadığın dövrlərdən tanıyıram. Amma mən onu yaxşı tanımırdım. 

- Sizdən pulu necə tələb etdi? 
- Bir gün mənə dedi ki, sən niyə UEFA-nın A kateqoriyalı məşqçi diplomunu almırsan. Hazırda mənim  B kateqoriyalı diplomum var. Mən isə "İsveçrədə bu diplomu almaq çox çətindir. Bunun üçün ya Türkiyəyə, ya da Fransaya gedəcəm" söylədim. Bundan sonra Bəhruz mənə Azərbaycandan almağı təklif etdi. Hətta dedi ki, AFFA-nın rəhbərliyindəki şəxs onun əmisidir və bu barədə mənə çox rahat şəkildə kömək edəcək.  Özünün isə "Sabah" klubunda məşqçi olduğunu dedi.  Hər gün məmimlə danışırdı, məni razı salmışdı ki, Azərbaycanda bu kurslara yazılıb,  diplom almaq daha asandır. Mən də ona inanmışdım.  Bir dəfə pasportumun şəkilini çəkib atmağı, sonra iki ədəd vəsiqəlik fotomu, daha sonra isə 200 avro göndərməyimi istədi. Bundan sonra bir az şübhələndim. Amma sonradan mənə narahat olmamağım gərəkdiyini bildirdi.  Bir müddət sonra başqa sənədlər istədi. Hər gün də "qardaş, narahat olma. Əmim arxamızdadır, o bizə deyib işinizdə olun" tipli fikirlər deyirdi. 



- Ona neçə dəfə pul göndərdiniz?
- Yenidən 200 avro da göndərməyimi istədi. Bildirdi ki, bununla da iş tamam olacaq. Hətta ona söylədim ki, əgər alınmırsa,  vaxt itirməyim. Bəhruz da mənə təkrar narahat olmamağımı və sənədlərimin hazırlandığını söylədi. Bundan sonra ona 200 avro göndərdim.  O gündən etibarən, bu gün-sabah gəlib A kateqoriyalı diplomunu götürəcəksən deyib mənim həm vaxtımı, həm də pulumu aldı

- AFFA ilə əlaqə saxladınız?
- Yox. Amma AFFA-nın rəsmi saytına daxil oldum. Gördüm ki, UEFA-nın məşqçi kurslarına start verilib. Bəhruza zəng edib dedim ki, bəs kurslar başlayıb. Yenə mənə narahat olmamağımı söylədi. Rəhbər postda olan əmisinin kömək edəcəyini, sənədlərinin hamıdan öncə hazır olacağını dedi. 



- Ondan pulunuzu tələb etmədiniz?
- Bir müddət sonra dələduzluğa məruz qaldığımı anladım və hər gün pulun geri qaytarılmasını tələb etdim. Ancaq o da hər dəfə bir bəhanə gətirdi. Gah "Sabah" klubun məşqində olduğunu və danışa bilmədiyini, gah  da AFFA-da mənim işimlə bağlı danışıqlar apardığını söylədi.  Bir dəfə də anasının ürəyindən əməliyyat  olunduğunu deyib telefonda ağlayırdı .  Sonradan isə evlənmək üzərə olduğunu kredit götürüb, pulumu qaytaracağını deyib vaxt itirməyə başladı. Oktyabr ayından bu günə qədər bir bəhanə  ilə məni aldatdı. Sonra ona lazımı qurumlara müraciət edəcəyimi, mətbuatda işıqlandıracağımı dedim. Bəhruz da onunla əlaqə qura bilməməyim üçün sosial şəbəkələrdə məni blokladı və telefonlarıma cavab vermədi. 

- Bəhruzun sizə qarşı etdiyi bu hərəkətdən sonra AFFA-ya müraciət etməyi düşünürsünüz?
- Düzdür, bu pul elə bir böyük bir məbləğ deyil. Hazırda o pulu qazana biləcəyim bir yerdə çalışıram. Amma mən qardaş Azərbaycanın adının bu tipli dələduzluqlarda hallanmasını istəmirəm. Həmçinin mənim başıma gələnin başqa şəxslərin də başına gələ biləcəyini düşündüm. AFFA-ya da bu barədə müraciət edəcəm. Adam "Sabah" klubunun, AFFA-nın və PFL-in adlarını hallandıraraq  dələduzluq edir. 
Sonradan öyrəndim ki, o heç "Sabah" klubunda da çalışmır. Bir neçə il öncə "Neftçi"nin akademiyasında işləyib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

10:13

Fərid Qayıbov federasiyalarla MDB Oyunlarına hazırlığı müzakirə etdi

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

09:00

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

00:35

Azərbaycan çempionatı başa çatdı

00:16

DÇ: 1/8 final mərhələsinin cütləri bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X