15:00 29.01.2020 1590

Elşad Nəsirovla Rauf Əliyevin ifşası

İllərdi biz də bunu deyirik. İndi isə AFFA rəhbərliyi özü etiraf edir. Bu, həm də qərəzsiz olmağımızın, həqiqətii yazmağımızın etirafıdı. İllər keçib və özləri də anlayıb ki, mətbuat haqlıdı.


AFFA-nın son Konfransında İcraiyyə Komitəsinin üzvlərini "əlqaldıran” statusundan azad edib, həm də aktiv fəaliyyətə sövq edəcək qərar qəbul etdilər. Dünya praktikasında da var – bundan sonra İK üzvləri müəyyən sahələrə cavabdeh olacaq. Qurumun hər üzvü bir istiqamətə diqqət göstərəcək, problemlərlə daha yaxından maraqlanacaq. Yekunda hansı sahədə problem daha çox olsa, tənqidlər həm də onlara yönələcək.


Mütərəqqi addımdı, reallıqda nə olacağını isə zaman göstərəcək. Bölgü aparıldı, lakin işin faydalılığını əməldə sübut etmək lazımdı. Yalnız nəzarətçi olmaqla iş bitmir, istiqamətverən, problemi həll edən olmaq, məsuliyyəti üzərinə götürmək də vacibdi.


AFFA-nın köhnə-yeni baş katibi Elxan Məmmədov son mətbuat konfransında maraqlı bir fikir də səsləndirdi. O, mətbuatın yazdıqlarını təsdiqlədi və özü də bilmədən təmsil etdiyi qurumun qüsurunu üzə çıxardı. Bəlkə də bunu bilərəkdən etdi, axı, icraçı vitse-prezident postuna yüksələndən sonra bütün səlahiyyətlərə sahibdi. İndi o, vitse-prezidentlərə yox, vitse-prezidentlər ona tabedi.


Məmmədovdan sitat: "İlk növbədə, islahatlara baxsaq, iki deyil, üç vitse-prezident var. Əvvəlki iki vitse-prezident AFFA-da oturmurdu. İcraçı vitse-prezidentin artıq daimi iş yeri olacaq. Əlavə vitse-prezidentin də. Bizdə əvvəldən vitse-prezident sayı çox olmalı idi. Əvvəlki illərdə olan vitse-prezidentlər bizimlə işlərimizdə əməkdaşlıq edirdi, ancaq AFFA-da olmurdular. İndi həm icraçı-vitse prezident, həm də vitse-prezident Vaqif Sadıqov daimi AFFA-da olacaq. Bir müddət əvvəl UEFA-da komitə sədri oldum. İcraçı vitse-prezident olaraq, artıq UEFA-da da daha geniş imkanlarımız olacaq”.


Söhbət Elşad Nəsirov və Rauf Əliyevdən gedir. Bu, AFFA-da oturmayan sözügedən şəxslərin həm də işləmədiyinin etirafıdı. Vaqif Sadıqovla eyni statusdadılarsa, o zaman nəyə görə onlar AFFA-da oturmamalı, işləməməlidilər? Ola bilsin, mühüm dövlət işləri var, biz də elə onu deyirik. Belədisə, AFFA-da futbola can yandıran, lazım olduğu qədər vaxt ayıran insanlar işləməlidi. Nəsirovla Əliyev lazımsızdılarsa, nəyə görə yenə İK üzvü seçildilər?

Ən pisi odur ki, İK üzvləri arasında səlahiyyət bölgüsü aparılarkən futbolun 2 ana xətti məhz bu şəxslərə tapşırılıb: Nəsirov futbolun zirvəsi olan milli komandalara, Əliyev təməl kimi bilinən uşaq futboluna cavabdehlik daşıyacaq. Əcəba, AFFA-da otura bilməyən, işləməyə vaxtı olmayan bu insanlara əsas sahələri tapşırmaqla öz evimizi özümüz yıxmırıqmı?

 

CAVAD

Mənbə: futbolinfo.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

10:13

Fərid Qayıbov federasiyalarla MDB Oyunlarına hazırlığı müzakirə etdi

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

09:00

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

00:35

Azərbaycan çempionatı başa çatdı

00:16

DÇ: 1/8 final mərhələsinin cütləri bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X