Tiflis şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Gürcüstanın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma komanda 1:0 hesablı qələbə qazanıb. Azərbaycan millisinin heyətində Nisrina Zeriul fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda Gürcüstan yığması 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az