18:32 29.01.2020 1912

İlk hədəf – Nazim Süleymanov

AFFA rəhbərliyi Konfrans keçirdikdən sonra daxildə prosesləri nizamlamış oldu. Artıq dəyişikliklə bağlı hər hansı qorxu yoxdu. İndi daşları yerinə oturtmaq, planları nizamlamaq və sabah üçün addımlar atmaq zamanıdı.


Həyat mübarizədi, yaşamaq istəyirsənsə, bir an rahatlaşmaq olmaz. Düzgün işləmirsənsə, yaşamırsansa, hər an təhlükədəsən, xoşbəxt günlərin bir andaca bitə bilər.


AFFA rəhbərliyi də ehtiyatı əldən vermir. O qədər bərbad işləyirlər ki, ölkə futbolu faciəvi durumdadı və onları hər an dəyişmək, qovmaq, əvəzləmək ehtimalı gözləyir. Hələlik alternativ qüvvə yoxdu – hamısı zamanında ya məhv edilib, ya da min üsulla susdurulub. Amma bir gün – indikilərin bacarıqsızlığını "yuxarılar” da qəbul edəndə həmin alternativ qüvvə "zühur edəcək”. İndiki halda isə AFFA başbilənləri rahat kreslolarını kiməsə verməyəcək. Buyursunlar, iddia edənlər daha yaxşı, daha bacarıqlı, daha hiyləgər olduqlarını sübut etsinlər.


Vaxtilə belə iddiaya düşən çox adamın izi-tozu itirilib. AFFA rəhbərliyi çox qisasçıdı, fürsəti əldən vermir, heç kimi bağışlamırlar. Həmin namizədlərin özləri də səhvə yol verdi və bunu onlara keçmədilər. Proses hər zaman aktualdı.


Son Konfransda birinci vitse-prezident Rauf Əliyevin vəzifəsi azaldıldı və o, tamamilə sıradan çıxarıldı. "Yuxarılar”da böyük hörmətə sahib olan İsgəndər Cavadov haqda "işləməyi bacarmayan şəxs” imici çoxdan formalaşdırılıb, o qala-qala Vaqif Sadıqov kimi uğursuz, amma yarınmağı bacaran birinin vitse-prezident təyin olunmasıyla "11 nömrə”nin da axırına çıxıldı. Artıq daxildə qorxulu qüvvə qalmayıb, kənarda isə yalnız Nazim Süleymanov qan qaraldır.

Azad Həmkarlar İttifaqı yaradaraq veteranları ətrafına toplayan Nazim bəy hələlik bir sıra səhvlər edir. Təşkilatçılıq bacarığı yaxşı deyil, güclü qüvvə kimi görünmür. Amma ölkə başçısına müraciətləri sıradan olay deyildi, gərginlik yaratdı. Həmin müraciətdə real problemlər qabardılmışdı.


İndi həmin məktuba cavab verilməlidi. Verilənə kimi isə AFFA boş dayanmayacaq. Bizdə olan bilgiyə görə, tezliklə mətbuatda Süleymanovla bağlı imic korlayan xəbərlər, yazılar yayılacaq və ya müəyyən yanlış informasiyalar raport halında lazım olan yerlərə təqdim ediləcək. Bununla da Nazim bəyin sağlam qüvvə olmaması haqda fikir formalaşdırılacaq. Qisas almaq, gözdən salmaq üçün ləkələmə kampaniyası uzaqda deyil.


Daha sonra növbə həqiqətləri yazan, AFFA rəhbərliyinə boyun əyməyən jurnalistlərə də çatacaq. Baş katib Elxan Məmmədov son mətbuat konfransında zatən bunun siqnalını verdi. Yeni icraçı vitse-prezident onları tənqid edənlərə qarşı siyasətlərinin dəyişməyəcəyini dilə gətirdi – ya susmalı, ya da kənarda qalmalısan. Susmayanları başqa üsullarla susdurmağa cəhd edəcəklər. "Bizimlə deyilsənsə, düşmənsən”.

 

 

İzləmədəyik…

 

Mənbə: futbolinfo.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

10:13

Fərid Qayıbov federasiyalarla MDB Oyunlarına hazırlığı müzakirə etdi

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

09:00

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

00:35

Azərbaycan çempionatı başa çatdı

00:16

DÇ: 1/8 final mərhələsinin cütləri bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X