"Onunla çox yaxşı yola gedirik. Türkləri çox sevdiyini demişdim. Həm meydançada, həm də kənarda bir-birimizi çox yaxşı başa düşürük".
Fanat.Az xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Hakan Çalhanoğlu komanda yoldaşı Zlatan İbrahimoviçlə aralarındakı münasibət haqda danışarkən "TRT Spor"a deyib. 25 yaşlı oyunçu isveçli ulduzun türk mahnılarını dinlədiyini vurğulayıb:
"Təcrübəli futbolçudur. O, gələndən bəri yenilməmişik. Komandaya çox fayda verir. Allah qoysa, uğurlu seriyanı davam etdirərik. Zlatanla hərdən qəhvə içirik. Arada türkcə sözlər işlədir, türk musiqiləri dinləyir. İbrahim Tatlısəsin mahnılarını böyük həvəslə dinləyir".
Fanat.Az