İbrahima Niasse "Qəbələ"dən ayrılıb.
Fanat.Az xəbər verir ki, artıq seneqallı yarımmüdafiəçinin yeni klubu da müəyyənləşib. 31 yaşlı futbolçu karyerasını Yunanıstanın "Lamiya" klubunda davam etdirəcək.
Qeyd edək ki, Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2013/14 mövsümündə də "Qəbələ"də oynayıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanın "Levadiakos” klubunda çıxış edib.
Fanat.Az