Ötən ilin sonu "Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan "Qəbələ” İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.
Fanat.Az xəbər verir ki, bu haqda klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
"Süd məhsulları istehsalında lider marka olan "Milla” brendi artıq komandamızın titul sponsorudur. "Qəbələ” İdman Klubu ilə "Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən əsas komandamızın oyun formalarının ön hissəsində "Milla” brendinin logosu əks olunacaq" - deyə məlumatda bildirilib.
Fanat.Az