Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, turun təqvimində dəyişiklik edilib.
Milli Məclisə seçkilərlə əlaqədar olaraq tur əvvəlcədən nəzərdə tutulduğu kimi fevral 8-9-da deyil, 7-8-də keçiriləcək. 2 günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
7 fevral
"Sabah” – "Qəbələ”
"Bank Respublika Arena”, 19:00
"Keşlə” – "Səbail”
"ASK Arena”, 17:00
8 fevral
"Qarabağ” – "Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
"Sumqayıt” – "Zirə”
"Kapital Bank Arena”, 17:30
Fanat.Az