"Yuventus"da heyətə düşməyə çətinlik çəkən Emre Canın "Borussiya"ya transferi reallaşıb.
Fanat.Az Dortmund klubunun saytına istinadən xəbər veir ki, türk əsilli almaniyalı mövsümün sonuna qədər icarə əsasında "arılar"ın uğurları üçün tər tökəcək.
"Borussiya" 1 milyon avro icarə haqqı ödəyib. Tərəflər arasında imzalanan anlaşmada maraqlı bənd də var: müəyyən şərtlər yerinə yetiriləcəyi halda, Almaniya təmsilçisi yayda "Yuve"yə 25 milyon avro ödəməli və Emrənin transfer hüququna yiyələnməlidi.
Qeyd edək ki, sözügedən yarımmüdafiəçi bu mövsüm "Yuventus"da cəmi 279 dəqiqə oynayıb.
Fanat.Az