"Qış fasiləsində müəyyən qədər transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi”.
Fanat.az xəbər verir ki, bunu Bakının "Zirə” klubunun baş məşqçisi Zaur Həşimov deyib.
Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının XV turunun "Sabah”la görüşündən sonra mətbuat konfransına qatılıb. O, 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini açıqlayıb, sonra jurnalistlərin suallarını cavablandırıb. "Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdır. Nəticə bizi qane etdi. Əsas odur ki, 3 xal qazandıq”.
- Şefik heyətdə yox idi. Zədədən sonra ona vaxt lazımdır, yoxsa rəqabətdə uduzur?
- Onun olmamağı rəqabətlə bağlı deyildi. Rəqibin orta xəttindəki oyununa görə belə qərar qəbul etmişdik ki, müdafiəmeylli futbolçularımız daha çox olsun.
- Avrokubok zonasına yaxınlaşırsız...
- Bu barədə fikirləşmirik. Qarşımıza belə məqsəd qoymuşuq ki, hər matça maksimum güclə yanaşaq. Biz hər qarşılaşmaya ayrı oyun yanaşırıq. (Apasport.az)
Fanat.az