Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.
İlk matç "Qəbələ" və "Keşlə" arasında baş tutub. Qəbələ şəhər stadionunda keçirilən görüşdə 3 qol vurulub və qonaqlar 2:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində xal hesabını "Neftçi" ilə bərabərləşdirən "Keşlə" ikinci pilləyə yüksəlib.
İki komanda 48-ci dəfə qarşılaşıb. Bu oyunlarda "Qəbələ” 13, "Keşlə" 147 qələbə qazanıb, 17 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində paytaxt təmsilçisinin üstünlüyü var - 62:48.
Turun son matçı isə autsayder "Səbail" və lider "Qarabağ" arasında baş tutub. "Qarabağ" ilk oyununda qələbə qazanıb - 1:0.
Bu, iki komandanın 11-ci qarşılaşması olub. 11 oyundan yalnız 1-də "Səbail" texniki qələbə qazana bilib. Qalan 10 oyunun hamısından "Qarabağ" qalib ayrılıb. Son 4 qarşılaşmada ağdamlılar paytaxt komandasını quru hesabla yeniblər. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv böyük fərqlə öndədir - 19:1.
Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Premyer Liqa
2019/20 mövsümü
III dövrə, XV tur
2 fevral
Qəbələ - Keşlə 1:2
Qollar: İviça Zuniç, 60 - Miyusko Boyoviç, 35. Sezar Meza Kolli, 40.
Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Abdelrafik Cerard, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli.
Baş məşqçi: Azər Bağırov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 42. Aleksandr Kristova, 30. Şaxruh Qadoyev, 90. Orxan Fərəcov, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu.
Səbail - Qarabağ 0:1
Qol: Mahir Emreli, 81.
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 16. Peyman Keşavarz, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev, 30. Murad Qayalı, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
"ASCO Arena”.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qarabağ |
15 |
10 |
4 |
1 |
25:7 |
34 |
2 |
Keşlə |
15 |
7 |
5 |
3 |
20:13 |
26 |
3 |
Neftçi |
15 |
7 |
5 |
3 |
23:12 |
26 |
4 |
Zirə |
15 |
5 |
5 |
5 |
20:22 |
20 |
5 |
Sumqayıt |
15 |
5 |
4 |
6 |
19:21 |
19 |
6 |
Sabah |
15 |
3 |
4 |
8 |
14:20 |
13 |
7 |
Qəbələ |
15 |
3 |
4 |
8 |
15:25 |
13 |
8 |
Səbail |
15 |
3 |
3 |
9 |
10:25 |
12 |
Bombardirlər |
Lorenzo Frutos (Keşlə),
Peyman Babayi (Sumqayıt), Stiven Monroz (Neftçi) - 6. Mehdi Şərifi
(Sumqayıt), Davit Volkov (Qəbələ) - 5. |
Fanat.Az