Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətindən bir futbolçu çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu, "Qəbələ”nin futbolçusu Sənan Qərimovdu. Toplanışa dəvət olunmuş Qərimov səhhəti ilə əlaqədar Antalyaya yollanan heyətdən çıxarılıb.
Fanat.Az