"Qəbələ" nin baş məşqçisi Elmar Baxşıyev "Keşlə yə 1:2 hesabı ilə məğlub olduqdan görüşdən sonra mətbuat konfransı keçirib. 40 yaşlı mütəxəssis fikirlərinə Qəbələdəki matçı şərh etməklə başlayıb:
"Təlim-məşq toplanışından sonra bu, ilk oyunumuz oldu. İki fərqli hissə gördük. İlk yarıda bizdə heç də hər şey alınmırdı. Fasilədən sonra Türkiyədə nümayiş olunan oyunu göstərməyə başladıq. Bunun səbəbi nə idi? Düşünürəm ki, həyəcanla. Hər halda, Antalyada yoxlama oyunları oldu, amma burada artıq rəsmi matçlardı. Oyunçuların özlərinə gəlmələri üçün vaxt lazım idi. Həm də heyətimiz tam komplektləşməyib. Ehtiyat skamyamız çox qısadı".
Baxşıyev komandasına gücləndirmə, rəqabət lazım olduğunu bəyan edib: "Oyunçuların inkişafı üçün rəqabət lazımdı. Çempionatdakı hədəflərə gəlincə, sonadək mübarizə aparacağıq. Akademiya yetirmələrimiz çoxdu. Bu uşaqlara inanıram. Yaxşı və daha yaxşı oynayacağıq".(Sport24.az)
Fanat.Az