23:38 03.02.2020 1457

Stuxlik kimi öyrətməlidir – jurnalisti, yoxsa hakimi?

Son illər Premyer Liqamızda oyun keyfiyyəti o qədər aşağı düşüb ki, hakimlərimiz üçün matçları idarə etmək asanlaşıb.Futbolçular kimi, referilərimizin də inkişafı baxımından hazırkı səviyyə əlverişli deyil.Elə bunun göstəricisidir ki, Hakimlər Komitəsinin sədri Fritz Stuxlik ölkə xaricində təlim-məşq toplanışına ehtiyac duymur, hətta çempionatı da gənclərə həvalə edir. Yeni ilin ilk turunda təcrübəlilərə "istirahət” verən avstriyalı sabiq FIFA referisi Premyer Liqa matçlarına gəncləri təyin etmişdi. Ancaq ortaya çıxan mənzərə heç də ürəkaçan deyil.


 

XV turun 4 görüşünün ikisində bağışlanılmaz hakim səhvi qeydə alındı. İlk olaraq "Neftçi” – "Sumqayıt” matçında Kamal Umudlu və köməkçisi qonaqların 2 xalını əlindən aldı. Məhz hakimlər briqadasının "Neftçi”nin ofsayddan vurduğu qolu qeydə alması "kimyaçılar”ı təkcə qələbədən məhrum etmədi, eyni zamanda komandanın 3-cü pillədəki "Neftçi”yə yaxınlaşmasına mane və özünün də 5-ci yerə yuvarlanmasına səbəb oldu. Bu səhv, bəlkə də, "Sumqayıt”ın önündə Avropa Liqasına vəsiqə yolunda böyük maneə kimi duracaq.


 

Dünənki "Qəbələ” – "Keşlə” görüşündə isə hesab 1:2 olarkən cərimə meydançası xətti üzərindəki kobudluq penalti kimi qiymətləndirilmədir. Səbuhi Bayramov topu 3-4 sm geri qoyaraq cərimə zərbəsi qeydə aldı. Bunun ümumi nəticəyə bir təsiri olmaya bilər. Ancaq ən azı "Keşlə”nin son yarım saatı böyük həyəcan içində keçirməsinə yol açdı. "Qəbələ”nin bərabərlik topu isə bakılıların ikinci yerə yüksəlməsinin qarşısını ala və "Zirə”nin yaxınlaşmasına gətirib çıxara bilərdi.


Maraqlısı burasındadır ki, Fritz Stuxlik turdan bir gün əvvəl jurnalistlər üçün seminar keçirib, Oyun Qaydalarına edilmiş əlavə və dəyişiklikləri başa salıb, müxtəlif epizodlar ətrafında onlarla viktorina təşkil edib. Ancaq görünən odur ki, cənab Stuxlik vaxtını jurnalistlərin deyil, hakimlərinin maariflənməsinə ayırsa, daha faydalı olar. Ən azı ofsaydı, xətt üzərində kobudluğun penalti olduğunu tələbələrinə başa salar.


 

Mənbə: apasport.az

 


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X