İtaliyanın A Seriyasında daha bir baş məşqçi dəyişikliyi olub.
Fanat.Az xəbər verir ki, "Torino" baş məşqçisi Valter Mazzarrini istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu bu postda Moreno Lonqo əvəzləyib.
Qeyd edək ki, Valter Mazzarri 2018-ci ildən "Torino"nun baş məşqçisi olub. 22 turdan sonra 27 xal toplaya bilən Turin təmsilçisi A Seriyasında 12-ci pillədə qərarlaşıb.
Fanat.Az