Ermənilərin yaratdığı "Ararat" Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin bürosu qərar qəbul edib. Səbəb kimi RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın "Ararat"ın lisenziyasını geri çağırması göstərilib.
Çempionatda Moskva təmsilçisi kimi iştirak edən "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlində 8-cidi.
Fanat.Az