"Barselona”nın baş məşqçisi Kike Setyen komandadan ayrılacağı iddia edilən Lionel Messi haqda danışıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis yerli mətbuata belə deyib: "Messi yetkin futbolçudur, özü qərar verməyi bacarır. Messinin atası deyiləm, həyatına qarışmayacam".
Mən komandadakı oyunçuları xoşbəxt etməliyəm. Messi də məşqlərdə gülür, burda olmağı sevir. Bunu dünən də görmüşəm, srağagün də”.
İspaniya mətbuatı "Barselona” rəhbərliyi ilə problemləri olan Messinin Kataloniya klubundan ayrılacağını yazıb. Superulduzun "Barsa” ilə olan müqaviləsinin müddəti isə 2021-ci ilin yayında bitəcək.
Fanat.Az