"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda "Sabah”a qarşı keçirdikləri səfər matçını şərh edib.
Fanat.Az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
"Çətin olacağını bilirdik. "Sabah" da qış fasiləsindən sonra ilk oyununda uduzmuşdu. Fasilədən sonra dəyişikliklər baş verdi. Yeni gələnlər gec qoşulub deyə, istədiyimiz oyunu sərgiləyə bilmirik. Ancaq bilirəm ki, bu komandanın potensialı var və daha yaxşısını edəcəyik. Qol epizodları zamanı diqqətsizlik etdik. Standart vəziyyətlərdən iki top buraxdıq. İlk hissədə qol imkanlarımız oldu. Amma bu fürsətlərdən yararlana bilmədik. Günahı Ülvi İsgəndərovda görmürəm. Çünki komanda tək Ülvidən ibarət deyil. Digər oyunçuların da imkanları var idi”.
Fanat.Az