Emmanuel Adebayorun yeni klubu bəllidi.
Fanat.Az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Paraqvayda davam etdirəcək.
Toqolu hücumçu "Olimpiya” klubuna transfer olunacaq. Bu barədə klubun sosial şəbəkə hesablarında da məlumat paylaşılıb. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
"Arsenal”, "Real”, "Mançester Siti”, "Tottenhem” kimi klublard top qovmuş Adebayor, 2017-ci ildən Türkiyədə çıxış edirdi. 2017-2019 aralığında "Başakşehir”də tər tökən afrikalının Superliqadakı son iş yeri "Kayserispor” idi.
Fanat.Az