12:00 09.02.2020 1389

Gerye: "Bordin gedəndən sonra daha çox topla oynayırıq" - MÜSAHİBƏ

"Neftçi”nin futbolçusu Donald Gerye Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ”la 0:0 hesablı matçdan sonra jurnalistlər önünə çıxıb. Öncə qolsuz matçdan danışan haitili ardından suallara cavab verib:


– Hər iki komanda çox yaxşı çıxış etdi. Həm "Qarabağ”, həm də "Neftçi” sonadək vuruşdu. Bizim üçün bu nəticə qənaətbəxş hesab oluna bilər. Çünki səfərdə oynayırdıq. 1 xal kifayət qədər yaxşı nəticədir.


– Hazırda "Qarabağ”la xal fərqiniz 8-ə bərabərdir. Çempionatın ikinci dövrəsi yeni başlayıb. Fikirləşirsinizmi ki, hər keçən tur çempionluq şansınız bir az da azalır. Deyəsən, "Neftçi” artıq taleyi ilə barışıb, 2-ci yerə razıdır.

– Bizim hədəfimiz var, çempion olmaq istəyirik. İkinci yerlə barışmırıq. Gördüyünüz kimi, komanda bu gün bütün gücünü meydanda qoydu. Futbolda hər şey ola bilər. Düzdür, bəlkə də qarşıda elə də çox oyun qalmayıb. Amma yenə də bizim şanslarımız var.


– Oyundan sonra klub prezidenti Kamran Quliyev sizi qucaqlayaraq nə isə dedi…

– Kamran müəllim çox yaxşı oynadığımı söylədi. Dedi ki, sən daimi olaraq "Neftçi”də qalacaqsan.


– Roberto Bordinin gedişi ilə komandada nə dəyişib?

– İlk növbədə məşqlərimiz dəyişib. Daha çox topla oynayırıq. Məşqlərdə taktikaya daha çox önəm veririk. Bu, bizim formada qalmağımıza kömək edir. Komanda özünü daha yaxşı hiss edir. Siz də görürsünüz ki, komanda meydanda daha sürətli, hərəkətlidir.


– İkinciliklə barışmadığınızı, çempion olmaq istədiyinizi qeyd etdiniz. Ümumiyyətlə, necə düşünürsünüz, Füzuli Məmmədovla bu hədəfə çatmaq mümkündürmü?

– Mənim fikrimcə, hə. Biz Füzuli Məmmədovun rəhbərliyi altında çempion ola bilərik. O, bu iki oyunda bizə çox şey verdi. Xüsusilə, taktiki baxımdan öz təcrübəsindən istifadə edir. Mən deyərdim ki, o, taktikaya daha çox önəm verən məşqçilərdən biridir. Bu da bizim oyunumuzda özünü biruzə verir.


– "Qarabağ”ı yaxşı tanıyırsınız. Belə bir fikir var ki, Riçard Almeydanın gedişindən sonra komanda əvvəlki kimi deyil. Bugünkü oyunda onu hiss etdiniz?

– Mən başqa komanda haqqında danışmaq istəməzdim. Amma bu, "Qarabağ”dır, mənim keçmiş komandamdır. Riçard Almeyda "Qarabağ” üçün ən vacib futbolçulardan biri idi. Yəqin ki, nə isə dəyişib. Amma mən 100 faiz əminliklə deyə bilərəm ki, orada çox təcrübəli məşqçi və oyunçular var. Rəşad kimi təcrübəli oyunçu var. Yəni, onlar artıq bu fərqi hiss edirlər və buna uyğun olaraq tədbirlər görəcəklər.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X