"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Gürcüstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi elitada çıxış edən "Dimano"ya keçib. Braziliyalı futbolçu Batumi təmsilçisində ölkə çempionu olmaq istədiyini deyib:
"Karyeramda möhtəşəm səhifə buraxmışam. İndi bu səhifənin ardını "Dinamo"da gətirmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Bura gəlməyə qərar verdim, çünki yaxşı kollektiv olacağını düşündüm. Futbolçularla əlaqə saxladım, iddialı komanda olacağını dedilər. Uyğunlaşma prosesində mənə yardım edəcək braziliyalı futbolçuları görmək gözəldir. Hədəfim Gürcüstanda çempion olmaqdır".
Komandanın baş məşqçisi Qia Qequçadze isə transferlə bağlı bunları deyib: "Reynaldo toplanışa yeni gəlib. Yüksək profili olan futbolçudur və ona böyük ümidlər bəsləyirəm. Hər şeydən öncə tibbi müayinədən keçməli və kollektivlə çalışmağa başlamalıdır".
Qeyd edək ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. O, ötən qış yenidən "Qarabağ"a qayıdıb, mövsümün sonuna qədər oynamışdı.
Fanat.Az