11:54 10.02.2020 1670

Baş məşqçilər nə düşünür: Azərbaycan futbolunda yeni ulduzlar doğacaqmı?

Azərbaycan Premyer Liqası klublarının aşağı yaş qruplarından əsas millinin futbolçuları xaric, digər yaş qruplarından olan yığmalarımıza "Qəbələ" - 16, "Qarabağ" - 15, "Neftçi" - 13, "Sabah" - 10, "Keşlə" - 8, "Sumqayıt" - 6, "Zirə" - 6, "Səbail" - 5 futbolçu göndərir. 

Bəs görəsən bu siyahıda yer alan gənc, yeniyetmə futbolçular millinin baş məşqçiləri ilə yanaşı şərəfini qoruduqları klubların baş məşqçisinin diqqətini də çəkə biliblərmi? Azərbaycan futbolunda yeni ulduzların doğacağı gözlənilirmi? 

Fanat.az xəbər verir ki, Sport7.az saytının bu sualını Premyer Liqa klublarının baş məşqçiləri özləri cavablayıb. 

Aftandil Hacıyev ("Səbail"): "Bildiyiniz kimi, "Səbail" 3 ilin komandasıdır, tarixi çox olan bir klub deyil. Ancaq akademiyada artıq müəyyən işlərə start verilib. İşin daha səmərəli getməsi üçün akademiyamıza Niderlanddan koordinator cəlb etmişik. Hazırda akademiyanın daha çox yuxarı yaş qruplarını, yəni 15, 16, 17, 19 yaşlı futbolçuları izləməyə vaxt tapa bilirəm. Kimsə "ulduz" olacaq demək çətindir. Ümumiyyətlə, belə bir fikri səsləndirmək mənimçün məsuliyyətdir. Çünki bu yaş qruplarında tez-tez futbolçular dəyişirlər. Məsələn, bu gün 15-16 yaşında fərqlənən uşaq ola bilsin 18-19 yaşında artıq inkişaf etməsin. Və ya əksinə... Sadəcə olaraq, kompleksli şəkildə diqqət ayırmaq, kollektiv oyunda hər bir uşağa fikir vermək lazımdır. Bizdə də elə uşaqlar var ki, gələcəkdə adlı-sanlı futbolçu ola bilərlər".
 


Zaur Həşimov ("Zirə"): "Ulduz" ifadəsi ümumiyyətlə Azərbaycan futbolçularına xas deyil. Müəyyən ölkələr var ki, ordan belə futbolçular həqiqətən çıxa bilər. Bizim futbolçular hansısa səviyyəyə qədər gəlib çıxa bilirlər. Bizim komanda da Premyer Liqada yaxşı səviyyədə oynaya biləcək oyunçularımız var.  Məsələn, aşağı yaş qruplarında Vüsal,  Camal, Raul adlı oyunçularımız var ki, heyətə cəlb eləmişdik. Hətta Raulu 19 yaşlılardan ibarət milliyə çağırdılar. Camal əvəzedici heyətdədir, ancaq U-17-də də oynaya bilər. Çünki 2003-cü il təvəllüdlüdür. Yəni, bizim komandada belə uşaqlar var. Ancaq 13-14 yaşlı uşaqları komandaya cəlb etmək hardasa düzgün olmaz. Belə gəlib məşqləri izləyə bilər, amma çıxıb komanda ilə məşqlərə qatılması yaxşı olmaz. Əksinə, o uşağı biz "sındıra" bilərik".
 


Ayxan Abbasov ("Sumqayıt"): "Bu, əla mövzudur. Bütün klublar, bütün məşqçilər gənc futbolçulara dəstək olmalıdır. Çünki bir çox komandalarımız nəticəyə oynayır deyə, bu məsələ ikinci planda qalır. Sırf bizim komandanı götürsək, bu gün "Sumqayıt"dan bir çox gənc fubtolçunun həm bizimlə məşq etməsinə, təlim məşq toplanışına getməsinə, həm də çempionatda onlara şans verməyə üstünlük veririk. Digər tərəfdən akademiyanın məşqçiləri ilə, koordinatorları ilə həmişə söhbət edirik. 16-17 yaşlılardan ibarət çempionatda yaxşı təsir bağışlayan uşaqları məşqçilərinin məsləhəti ilə millinin oyununa görə fasilə yaranan vaxtlarda məşqlərimizə cəlb edirik. Bu da futbolçu üçün motivasiya, əsas komandanın təcrübəli futbolçuları ilə məşqə çıxmaq böyük stimul yaradır. Belə olan halda futbolçular daha yaxşı yetişir. Daha sonra biz onları əvəzedici heyətimizə cəlb edirik. Məsələn, Nəbi adlı bir futbolçumuz var. 1999-2000-ci il təvəllüdlülərdən ibarət qrupda çıxış edir. Onu qeyd etmək istərdim. Yavaş-yavaş şans veririk. Bu da gələcəkdə bu futbolçuların uğur qazanması üçün vacib addımdır". 
 


"Sabah"ın baş məşqçisi Jelko Sopiç ilə klubun mətbuat katibi Elnur Həmidovun vasitəsi ilə əlaqə yaratdıq. Mövzumuza Sopiçlə yanaşı Elnur bəy də öz fikirlərini bildirdi: 

Elnur Həmidov: "Çox gözəl mövzudur. Əslində buna elə mən özüm də cavab verə bilərəm. Jelko Sopiç "Sabah"da çalışmağa başladığı ilk günlərdən aşağı yaş qrupları ilə yaxından maraqlanıb. Yəqin bilirsiz, bizdə akademiyamızın koordinatoru Adino Mustedanaqiç də Xorvatiyadandır. O da Sopiç kimi Zaqreb "Dinamo"sunda çalışıb. O ki qaldı Sopiçin U-17, U-19 və əvəzedici komandalarımızda oynayan futbolçularla maraqlanmasına, bəli, mütəxəssis U-19 və əvəzedici heyətimizin demək olar, bütün oyunlarını stadiondan canlı izləyir, onların inkişafı, hansı formada olması barədə akademiyanın koordinatoru, məşqçiləri ilə fikir mübadiləsi aparır. Elə bunun məntiqi nəticəsi kimi əsas komandamızın bu qış Antalyada gerçəkləşən toplanışına U-19 komandamızın 4 üzvü cəlb edildi. Bunlar Nemət Musayev, Ceyhun Nuriyev, Abdulla Xaybulayev və Rüstəm Samiqullin idi. Bu futbolçular Türkiyədəki yoxlama oyunlarımızda da iştirak etdilər. Ceyhun Qazaxıstanın "Kaysar" və Moskva "Spartak"ının əvəzedici komandası ilə oyunlarda qol vurdu. Gələcəkdə də aşağı yaş qruplarında özünü göstərən uşaqların əsas komandaya cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, əvəzedici komandamızın üzvləri də mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb edilir. Arsen Ağcabəyov, Elçin Mustafayev hətta rəsmi oyunlarda da əsas komandada çıxış etdilər". 
 


Bu fikirləri təsdiq edən "Sabah"ın baş məşqçisi Jelko Sopiç sadəcə məsafənin uzaq olmasının gedib-gəlməyə problem yaratdığını dilə gətirib: "Bizim məşqçlərimiz şəhər kənarında olur. Məsələn, Masazırda. Bu da bizim üçün problem yaradır. U-21, U-19 komandaları ilə işləyirəm və uşaqlarla işləməkdən zövq alıram. Bu işimdir, mən isə işimi sevirəm. Sadəcə məşqlərin şəhər kənarında olması problem yaradır. Gedib gəlməyimiz üçün uzaqdır". 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X