14:11 11.02.2020 1884

"Mən Azərbaycan futboluna xidmət etmək istəyirəm" - Yubilyar Nazim Süleymanov

Fevral ayının 17-də futbol veteranımız Nazim Süleymanov 55 illik yubileyini qeyd edəcək. 

Fanat.az xəbər verir ki, əlamətdar günü ilə bağlı olaraq mütəxəssis Sport7.az saytına danışıb. 

"55 il deyəndə çox şeylər xatırlayırıq. Hər şey film kimi yada düşür. Bizim həyatımız futbolla bağlıdır. Uşaqlıqdan başlayaraq indiyə kimi... Mən futbolla yanaşı həm də güləşlə məşğul olurdum. Hərdən fikirləşəndə deyirəm ki, o illər yenidən yaşansaydı, yenə də futbolu seçərdim. 

Keçmişə baxanda olub keçənləri düşünürsən. Düzdür, səhvlər də olub, düzlər də... Həyatdır da... Amma irəli baxmaq lazımdır. Və deyirsən ki, çalışıb xalqına, dövlətinə qulluq etməlisən. Gələcəkdə Azərbaycanda futbolumuzun yüksəlməsini, komandaların sayının artmasını və Azərbaycan futbolunda çalışıb, xidmət etməyi istərdim". 

Qeyd edək ki, Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. O, 8-9 yaşlarından "Neftçi"nin Sumqayıtdakı akademiyasında futbola başlayıb. 1992-1998-ci illər arasında Azərbaycan millisinin şərəfini qoruyan hücumçu karyerası ərzində "Neftçi",  "Alaniya Vladiqafqaz", "Spartak Moskva", "Jemçujina-Soçi" (hamısı Rusiya) kimi klubların şərəfini qoruyub. Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə "Alaniya Vladiqafqaz" ilə Rusiya çempionu titulunu qazanan Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşüb.

2002-ci ildən məşqçilik karyerasına başlayan mütəxəssis "Jemçujina-Soçi", "Xəzər-Lənkəran", "Olimpik-Şüvəlan", "Neftçi" kimi klublarda və Azərbaycan millisində çalışıb. 

Xatırladaq ki, Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı 2015-ci ildə yazıçı Varisin müəllifliyi ilə əfsanəvi hücumçudan bəhs edən "Bitməyən matç" adlı kutab dərc olunub. 
 
Röya Kərimli
 








Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X